ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb28 Sentyabr 2022, 17:15 (GMT +4) Bakı, 28 sentyabr, SalamNews. Amerikanın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb. Səfirliyin bildirdiyinə görə, hələ ki buna imkan var, bundan istifadə etmək lazımdır.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə günü diplomatik nümayəndəliyin saytında məlumat verilib.
"ABŞ vətəndaşları Rusiyaya səfər etməməlidirlər və Rusiyada yaşayan və ya Rusiya daxilində səyahət edənlər hələ də məhdud imkanlar olduğu bir zamanda dərhal ölkəni tərk etməlidirlər", deyə səfirlik bildirib.
|