ABŞ mənbələri: Nüvə sazişinin bərpası ilə bağlı danışıqlar dayanıb01 Oktyabr 2022, 10:50 (GMT +4) Bakı, 1 oktyabr, SalamNews, S.Bağırov. Amerika rəsmiləri konqresmenlərlə görüşdə İranla nüvə sazişi üzrə danışıqların dayandırıldığını elan ediblər.
SalamNews Sputnik-ə istinadən xəbər verir ki, ABŞ konqresmeni Darrell İssanın ofisi təsdiqləyib ki, Bayden administrasiyası rəsmiləri brifinqdə ABŞ Konqresinin nümayəndələrinə İranla nüvə sazişini canlandırmaq üzrə danışıqların dalana dirəndiyini bildiriblər.
Bu məlumata baxmayaraq ABŞ hökumətinin rəsmiləri nüvə sazişinin bərpası ilə bağlı İranla aparılan danışqların dayandığını rəsmən açıqlamayıblar.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antonio Blinken cari həftənin əvvəlində İranın nüvə sazişinin yaxın gələcəkdə bərpa olunacağını gözləmədiyini bildirmişdi. O əlavə edib: İran ABŞ-ın razılaşa bilməyəcəyi məsələləri danışıqlara əlavə etməyə cəhd etməkdə davam edir.
Qeyd edək ki, BMT TŞ və dünya ictimaiyyətinin qəbul etdiyi nüvə sazişi, ABŞ-ın bu sazişdən birtərəfli qaydada çıxmasından sonra ləğv olmaq təhlükəsilə üzləşib.
|