Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

01 Oktyabr 2022, 17:00 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə SalamNews-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir. Bu işlər çərçivəsində bu gün Hadrut Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Beyləqan Rayon Mərkəzi Xəstəxanasının struktur vahidi kimi yaradılıb. Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 personal xidmət göstərəcək.

Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində Təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

ASM-in açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının direktorları və Hadrut Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak ediblər.

Qeyd edək ki, indiyədək Hadrutda tibbi xidmət Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının səyyari briqadaları vasitəsilə təmin edilib.

Xatırladaq ki, Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə ilkin səhiyyə xidməti göstərən Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlamış ikinci ilkin səhiyyə xidməti müəssisəsidir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

05 Dekabr 2022, 09:25 (GMT +4)
BNA: "191 avtobusun hərəkət intervalında gecikmələr var"

05 Dekabr 2022, 09:24 (GMT +4)
BNA: 191 avtobusun hərəkət intervalında gecikmələr var

05 Dekabr 2022, 09:12 (GMT +4)
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

05 Dekabr 2022, 09:04 (GMT +4)
İmamların məqbərələrində Fatimiyyə günlərinə hazırlıq görülür (VİDEO)

03 Dekabr 2022, 18:50 (GMT +4)
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

03 Dekabr 2022, 18:45 (GMT +4)
XİN: İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı məlumatlar barədə səfirliyə nota verilib

03 Dekabr 2022, 17:00 (GMT +4)
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

03 Dekabr 2022, 16:48 (GMT +4)
Gəncə sakinində silah-sursat aşkarlanıb

03 Dekabr 2022, 16:36 (GMT +4)
Bakı Dəmiryol Vağzalında sağlamlıq imkanları məhdud uşaqların rəsmləri nümayiş olunub

03 Dekabr 2022, 16:24 (GMT +4)
Bakı sakini istintaq təcridxanasında saxlanılan qohumuna narkotik keçirmək istəyib

03 Dekabr 2022, 16:12 (GMT +4)
DM: Avropa Komissiyasının sədri Ukraynanı İrlandiya ilə müqayisə etdiyinə görə tənqid olunub

03 Dekabr 2022, 16:04 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

03 Dekabr 2022, 15:52 (GMT +4)
İsveç NATO memorandumu çərçivəsində ilk PKK üzvünü Türkiyəyə təhvil verib

03 Dekabr 2022, 15:50 (GMT +4)
Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxslər saxlanılıb

03 Dekabr 2022, 15:38 (GMT +4)
Milli Məclisin plenar iclasının tarixi və gündəliyi açıqlanıb

03 Dekabr 2022, 15:27 (GMT +4)
Şarl Mişel: Ukraynadakı münaqişə ABŞ-a Aİ-dən daha az təsir edir

03 Dekabr 2022, 15:22 (GMT +4)
Yəməndə məscidə hücum edilib, ölən və yaralananlar var

03 Dekabr 2022, 15:16 (GMT +4)
Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibi genişləndirilib

03 Dekabr 2022, 15:04 (GMT +4)
Bakıda mənzildə meyit aşkarlanıb

03 Dekabr 2022, 14:52 (GMT +4)
Şəhərlərarası avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibləri açıqlanıb

03 Dekabr 2022, 14:40 (GMT +4)
ETSN sülhməramlıların müvəqqəti yerləşdirildiyi əraziyə mütəxəssis qrupu göndərib

03 Dekabr 2022, 14:32 (GMT +4)
Avropa Parlamenti: Almaniya qışda yeni miqrasiya böhranı ilə üzləşəcək

03 Dekabr 2022, 14:27 (GMT +4)
Sumqayıtda evlərdən və marketlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb

03 Dekabr 2022, 14:17 (GMT +4)
İranın Daxili İşlər Nazirliyi son etiraz və iğtişaşlarda ölənlərin sayını açıqlayıb

03 Dekabr 2022, 14:08 (GMT +4)
Ned Prays: Azərbaycan və Ermənistan arasında konstruktiv ab-havanın davam edəcəyinə ümid edirik

03 Dekabr 2022, 13:55 (GMT +4)
Fox News: Amerika cəmiyyətində orduya inamın azalması tendensiyası «təhlükəlidir»

03 Dekabr 2022, 13:46 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

03 Dekabr 2022, 13:35 (GMT +4)
Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub

03 Dekabr 2022, 13:23 (GMT +4)
Bəhreyndə İsrail prezidentinin səfərinə etiraz əlaməti olaraq etiraz aksiyaları keçirilib (VİDEO)

03 Dekabr 2022, 13:16 (GMT +4)
Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66