Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb

04 Oktyabr 2022, 09:45 (GMT +4)

Bakı, 4 oktyabr, SalamNews. Perunun aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən SalamNews-a bildirilib ki, müsahibədə sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar barədə məlumat verilib. Bu təxribatın son iki ayda Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilən silsilə hərbi təxribatların davamı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulması olduğu vurğulanıb.

Müsahibədə Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ciddi zərər vurulduğu bildirilib.

Məqalədə həmçinin, Ermənistanın 2020-ci ildə tərəflər arasında imzalanmış Üçtərəfli Bəyanata məhəl qoymayaraq öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, torpaqlarımzı minalamaqla irimiqyaslı təxribat və terror aktları həyata keçirdiyi və bununla da humanitar hüququn müddəalarını kobud şəkildə pozduğu qeyd olunub və Ermənistanın bu cür işğalçılıq fəaliyyətlərinin regionda münasibətlərin normallaşdırılması prosesini ləngitmək məqsədi daşıdığı vurğulanıb.

Müsahibə zamanı keçmiş münaqişənin tarixi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən Müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilib.

Müsahibədə Azərbaycanın regionda hərbi eskalasiyada maraqlı olmadığı və hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanıb və Azərbaycanın Ermənistanı beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməyə çağırdığı qeyd olunub.

Müsahibədə həmçinin, ölkə rəhbərliyi tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımlardan bəhs edilib.

Sonda təmsilçimiz Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün davam edən normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu, həmçinin Qafqaz regionunda təhlükəsizlik və sabitliyə təhdid yaratdığını vurğulayıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Dekabr 2022, 18:50 (GMT +4)
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

03 Dekabr 2022, 18:45 (GMT +4)
XİN: İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı məlumatlar barədə səfirliyə nota verilib

03 Dekabr 2022, 17:00 (GMT +4)
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

03 Dekabr 2022, 16:48 (GMT +4)
Gəncə sakinində silah-sursat aşkarlanıb

03 Dekabr 2022, 16:36 (GMT +4)
Bakı Dəmiryol Vağzalında sağlamlıq imkanları məhdud uşaqların rəsmləri nümayiş olunub

03 Dekabr 2022, 16:24 (GMT +4)
Bakı sakini istintaq təcridxanasında saxlanılan qohumuna narkotik keçirmək istəyib

03 Dekabr 2022, 16:12 (GMT +4)
DM: Avropa Komissiyasının sədri Ukraynanı İrlandiya ilə müqayisə etdiyinə görə tənqid olunub

03 Dekabr 2022, 16:04 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

03 Dekabr 2022, 15:52 (GMT +4)
İsveç NATO memorandumu çərçivəsində ilk PKK üzvünü Türkiyəyə təhvil verib

03 Dekabr 2022, 15:50 (GMT +4)
Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxslər saxlanılıb

03 Dekabr 2022, 15:38 (GMT +4)
Milli Məclisin plenar iclasının tarixi və gündəliyi açıqlanıb

03 Dekabr 2022, 15:27 (GMT +4)
Şarl Mişel: Ukraynadakı münaqişə ABŞ-a Aİ-dən daha az təsir edir

03 Dekabr 2022, 15:22 (GMT +4)
Yəməndə məscidə hücum edilib, ölən və yaralananlar var

03 Dekabr 2022, 15:16 (GMT +4)
Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibi genişləndirilib

03 Dekabr 2022, 15:04 (GMT +4)
Bakıda mənzildə meyit aşkarlanıb

03 Dekabr 2022, 14:52 (GMT +4)
Şəhərlərarası avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibləri açıqlanıb

03 Dekabr 2022, 14:40 (GMT +4)
ETSN sülhməramlıların müvəqqəti yerləşdirildiyi əraziyə mütəxəssis qrupu göndərib

03 Dekabr 2022, 14:32 (GMT +4)
Avropa Parlamenti: Almaniya qışda yeni miqrasiya böhranı ilə üzləşəcək

03 Dekabr 2022, 14:27 (GMT +4)
Sumqayıtda evlərdən və marketlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb

03 Dekabr 2022, 14:17 (GMT +4)
İranın Daxili İşlər Nazirliyi son etiraz və iğtişaşlarda ölənlərin sayını açıqlayıb

03 Dekabr 2022, 14:08 (GMT +4)
Ned Prays: Azərbaycan və Ermənistan arasında konstruktiv ab-havanın davam edəcəyinə ümid edirik

03 Dekabr 2022, 13:55 (GMT +4)
Fox News: Amerika cəmiyyətində orduya inamın azalması tendensiyası «təhlükəlidir»

03 Dekabr 2022, 13:46 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

03 Dekabr 2022, 13:35 (GMT +4)
Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub

03 Dekabr 2022, 13:23 (GMT +4)
Bəhreyndə İsrail prezidentinin səfərinə etiraz əlaməti olaraq etiraz aksiyaları keçirilib (VİDEO)

03 Dekabr 2022, 13:16 (GMT +4)
Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb

03 Dekabr 2022, 13:04 (GMT +4)
“Azəriqaz” növbəti həftə 4 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək

03 Dekabr 2022, 12:53 (GMT +4)
ABŞ Senatına namizəd Sare: Amerikalılar Rusiya ilə yaxşı münasibətlər istəyirlər

03 Dekabr 2022, 12:48 (GMT +4)
Beyləqanda bir ailənin dörd üzvü öldürülüb

03 Dekabr 2022, 12:38 (GMT +4)
İran: ABŞ Qırmızı dənizdə saxladığımız qayıqların geri qaytarılmasını istəyir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66