TƏCİLİ! Zelenski Putinlə danışıqların mümkünsüzlüyünü rəsmən etiraf edib04 Oktyabr 2022, 13:08 (GMT +4) Bakı, 4 oktyabr, SalamNews. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edib.
SalamNews-un "TASS" istinadla verdiyi xəbərə görə, müvafiq sərəncam çərşənbə axşamı Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqlar aparmağın mümkünsüzlüyünü bəyan edilsin", deyə sərəncamda deyilir.
|