Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımlarda həlak olanların sayı açıqlanıb

06 Oktyabr 2022, 11:50 (GMT +4)

Bakı, 6 oktyabr, SalamNews. "Erməni silahlı birləşmələri tərəfindən silahsız mülki əhaliyə qarşı törədilən soyqırımı və kütləvi qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında bir neçə cinayət işi istintaq olunub, cinayət törətmiş şəxslərin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib".

SalamNews xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

"Kərkicahan soyqırımında - 17 nəfər öldürülüb, 7 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 1796 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 47 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Bağanis-Ayrım soyqırımında - 7 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 12 yaşayış evi yandırılıb, 438 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 18 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Meşəli soyqırımında – 25 nəfər öldürülüb, 14 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 nəfər kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 9 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib..

Ağdərə rayonu Başgüneypəyə kəndində - 21 nəfər öldürülüb, 4 nəfər öldürülməyə cəhd edilib, 599 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub.

Qaradağlı soyqırımında - 67 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 49 nəfər girov götürülüb, 941 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 12 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Xocalı soyqırımında - 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər öldürülməyə cəhd edilib, 1275 qadın, uşaq və qoca girov götürülməklə işgəncəyə məruz qalıb, 5379 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub, Hadisələri törətmiş 40 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Kəlbəcər rayonunun Başlıbel kəndinə - 12 nəfər öldürülüb, 14 nəfər girov götürülüb, mühasirədə qalan 36 nəfər şəxsdən 7-si aldığı xəsarətlərdən ölüb, 29 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub.

Tunel qətliamında – Kəlbəcər rayonunda, 35 kəndi rayon mərkəzi ilə birləşdirən tuneli keçmək istəyən mülki şəxslərdən 26 nəfər öldürülüb və meyitləri maşınlarla birgə yandırılıb, 30 nəfər girov götürülüb", - o, vurğulayıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Fevral 2023, 19:57 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı

06 Fevral 2023, 17:15 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlıların nəzərinə!

06 Fevral 2023, 16:29 (GMT +4)
Ərdoğan zəlzələ nəticəsində ölənlərin sayını açıqladı - 1000 nəfərə yaxınlaşıb

04 Fevral 2023, 17:00 (GMT +4)
Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub

04 Fevral 2023, 16:45 (GMT +4)
Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb

04 Fevral 2023, 16:30 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları izah olunub

04 Fevral 2023, 16:15 (GMT +4)
Azərbaycan neftinin qiyməti cüzi azalıb

04 Fevral 2023, 16:00 (GMT +4)
Anatoliy Rafailov “Şöhrət” ordeni ilə təltif edilib

04 Fevral 2023, 15:45 (GMT +4)
Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04 Fevral 2023, 15:30 (GMT +4)
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının iclası keçirilib

04 Fevral 2023, 15:15 (GMT +4)
Azərbaycan Türkiyə və Türkmənistanla ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

04 Fevral 2023, 15:00 (GMT +4)
Göyçayda narkotikə görə 3 nəfər saxlanılıb

04 Fevral 2023, 14:45 (GMT +4)
Qəbələdə avtomobil təmiri sexi yanıb

04 Fevral 2023, 14:30 (GMT +4)
Azərbaycan Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirilib

04 Fevral 2023, 14:15 (GMT +4)
Abşeronda narkotikə görə 2 nəfər saxlanılıb

04 Fevral 2023, 14:00 (GMT +4)
Vəkillər Kollegiyasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

04 Fevral 2023, 13:45 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

03 Fevral 2023, 18:00 (GMT +4)
AQTA 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

03 Fevral 2023, 17:45 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

03 Fevral 2023, 17:35 (GMT +4)
Azərbaycanda son sutkada 24 nəfər koronavirusa yoluxub

03 Fevral 2023, 17:25 (GMT +4)
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb

03 Fevral 2023, 17:10 (GMT +4)
Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

03 Fevral 2023, 16:55 (GMT +4)
Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03 Fevral 2023, 16:40 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

03 Fevral 2023, 16:25 (GMT +4)
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

03 Fevral 2023, 16:10 (GMT +4)
Azərbaycana idxal edilən soğan gömrük rüsumundan azad edilib, ölkədən ixracı tənzimlənəcək

03 Fevral 2023, 15:55 (GMT +4)
XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıb

03 Fevral 2023, 15:40 (GMT +4)
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

03 Fevral 2023, 15:28 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib

03 Fevral 2023, 15:22 (GMT +4)
İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66