Yəməndə atəşkəs müddəti bitəndən sonra qarşıdurmalar yenidən başlayıb08 Oktyabr 2022, 11:55 (GMT +4) Bakı, 8 oktyabr, SalamNews, S.Bağırov. Yəməndə cari ayın əvvəlində atəşkəs müddətinin artırılmamasından sonra qarşıdurmalar başlayıb.
SalamNews Sputnik.Arabic-ə istinadən xəbər verir ki, bu gün Yəmənin Dale və Təiz əyalətləri qarşıdurmaların şahidi olub.
Husilərin (Ənsarullah hərəkatı) dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin qüvvələri ilə Səudiyyə Ərəbistanın koalisiyasının dəstəklədiyi qüvvələr arasındakı bu qarşıdurmalarda ölən və yaralananlar var.
Tərəflər bir-birini artileria və PUA-lardan da hədəfə alıblar.
Qeyd edək ki, son altı ayda Yəməndə atəşkəs elan edilmişdi. Ənsarullah hərəkatı Səudiyyə Ərəbistanı koalisiyasını atəşkəs şərtlərinə əməl etməməkdə ittihamlandırdıqdan sonra onun uzadılmasına razılaşmayıb.
|