Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Tbilisidə Məhəmməd Peyğəmbərin (s) mövlud gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

13 Oktyabr 2022, 10:07 (GMT +4)

Bakı, 13 oktyabr, SalamNews, S.Bağırov. Ötən gün Gürcüstanın paytaxtı Tbilisidə “İslam Peyğəmbərinin (s) örnək ictimai həyatı və ümmətə tapşırığı ” mövzusunda konfrans keçirilib.

SalamNews xəbər verir ki, “Alulbeyt” Mərkəzində təşkil olunan konfransda Azərbaycan, Türkiyə və İran İslam Respublikası səfirliyinin nümayəndələri, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Əziz Peyğəmbərimizn (s) mövlud həftəsinə həsr olunmuş konfransda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadza, Azərbaycan Respublikası səfirliyinin müşaviri Eldar Bayramov, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları mövzu ətrafında çıxış ediblər.

Hacı Rahid Kərimovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan konfransda İnsanlığa nümunə olaraq təqdim olunan əziz Peyğəmbərimizn (s) ictimai həyat tərzi, ailədə, ümmət arasında və qeyri müsəlmanlarla münasibətdə örnək rəftar və davranışı haqda danışılıb. Həzrətin (s) ümmətə vəhdət haqda tapşırığı və ümmətinin gələcəyi ilə bağlı nigarançılıqları barədə ətraflı məlumatlar verilib.

Konfrans iştirakçılarına Azərbaycanca Qurani-Kərimin tərcüməsi, İslam dini və Peyğəmbərimizdən bəhs edən kitablar hədiyyə olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan və Gürcüstan liderləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsini müzakirə ediblər

Tbilisidə keçirilən etiraz aksiyalarında 133 nəfər saxlanılıb (VİDEO)

Azərbaycanın Baş naziri Tbilisidə Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Tbilisidə Gürcüstan Prezidenti ilə görüşüb

Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

Bu gün Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlududur

Kərbəla Məhəmməd Peyğəmbərin (s) mövludu ərəfəsində (VİDEO)

GUAM və QDİƏT-in keçmiş baş katibi: Bakı və İrəvan Tbilisidə sülh müqaviləsi imzalaya bilər

İmamların müqəddəs hərəmlərində Məhəmməd Peyğəmbərin (s) mövluduna hazırlıq görülür (FOTO)

Bir sıra müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasimləri keçirilib (VİDEO)

İslam dünyası Məhəmməd Peyğəmbərin (s) mövluduna hazırlaşır

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşüb

Azərbaycanın Baş Qərargah rəisi Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib

Kamran Əliyev Tbilisidə baş prokurorlarla görüşüb

Məhəmməd Peyğəmbərin (s) vəfatı günündə İranın bütün şəhərlərində iğtişaşları pisləyən etiraz aksiyaları keçirilib (VİDEO)

Bu gün Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhid edildiyi gündür

Paytaxtın Tbilisi prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb

Bakının Tbilisi prospektinin bir hissəsində təmir yekunlaşıb

Bakının Tbilisi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

AAYDA: Bakının Tbilisi prospektində təmir işləri aparılır


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66