Netanyahu vaxtilə Obamanı İrana hücuma təhrik etdiyini bildirib14 Oktyabr 2022, 16:49 (GMT +4) Bakı, 14 oktyabr, SalamNews, S.Bağırov. İsrailin keçmiş baş naziri Benyamin Netanyahu ABŞ-ın sabiq prezidenti Barak Obamanı İrana hücuma təhrik etdiyini etiraf edib.
SalamNews xəbər verir ki, “Haaretz” qəzeti cümə günü Netanyahunun İsraildə nəşr olunan yeni “Həyatımın Hekayəsi" kitabına istinadən yazıb ki, o, Obamanı İranın nüvə obyektlərinə hücum etməyə təhrik edib. Lakin ABŞ-ın keçmiş prezidenti bundan imtina edib.
Qəzet, Netanyahunun 2013-cü ildə ABŞ-ın keçmiş prezidentinin Təl-Əvivə səfəri zamanı Obamanı İrana hücum etməyə çağırdığını, bu təhrik və ya tələbin ilk dəfə olmadığını deyib və əlavə edib ki, həmin zaman Obama Netanyahunun tələbini rədd edərək, işlərin fərqli şəkildə idarə olunmasının lazım olduğunu bildirib.
İsrailin baş naziri kitabında bununla kifayətlənməyib, eyni zamanda ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə münasibətlərinin yaxşı olmadığına dolayısı yolla işarə edib.
|