Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qubadlının işğaldan azad edilməsindən 2 il ötür

25 Oktyabr 2022, 08:58 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews. Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

SalamNews xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.

Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı infrastrukturun bərpası işləri də davam etdirilir.

Ötən müddət ərzində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.

Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir.

Ötən ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Həmçinin dövlət başçısı və birinci xanım bu ilin oktyabrın 19-da da Qubadlı rayonunda səfər ediblər. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Fevral 2023, 17:00 (GMT +4)
Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub

04 Fevral 2023, 16:45 (GMT +4)
Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb

04 Fevral 2023, 16:30 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları izah olunub

04 Fevral 2023, 16:15 (GMT +4)
Azərbaycan neftinin qiyməti cüzi azalıb

04 Fevral 2023, 16:00 (GMT +4)
Anatoliy Rafailov “Şöhrət” ordeni ilə təltif edilib

04 Fevral 2023, 15:45 (GMT +4)
Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04 Fevral 2023, 15:30 (GMT +4)
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının iclası keçirilib

04 Fevral 2023, 15:15 (GMT +4)
Azərbaycan Türkiyə və Türkmənistanla ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

04 Fevral 2023, 15:00 (GMT +4)
Göyçayda narkotikə görə 3 nəfər saxlanılıb

04 Fevral 2023, 14:45 (GMT +4)
Qəbələdə avtomobil təmiri sexi yanıb

04 Fevral 2023, 14:30 (GMT +4)
Azərbaycan Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirilib

04 Fevral 2023, 14:15 (GMT +4)
Abşeronda narkotikə görə 2 nəfər saxlanılıb

04 Fevral 2023, 14:00 (GMT +4)
Vəkillər Kollegiyasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

04 Fevral 2023, 13:45 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

03 Fevral 2023, 18:00 (GMT +4)
AQTA 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

03 Fevral 2023, 17:45 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

03 Fevral 2023, 17:35 (GMT +4)
Azərbaycanda son sutkada 24 nəfər koronavirusa yoluxub

03 Fevral 2023, 17:25 (GMT +4)
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb

03 Fevral 2023, 17:10 (GMT +4)
Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

03 Fevral 2023, 16:55 (GMT +4)
Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03 Fevral 2023, 16:40 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

03 Fevral 2023, 16:25 (GMT +4)
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

03 Fevral 2023, 16:10 (GMT +4)
Azərbaycana idxal edilən soğan gömrük rüsumundan azad edilib, ölkədən ixracı tənzimlənəcək

03 Fevral 2023, 15:55 (GMT +4)
XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıb

03 Fevral 2023, 15:40 (GMT +4)
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

03 Fevral 2023, 15:28 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib

03 Fevral 2023, 15:22 (GMT +4)
İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib

03 Fevral 2023, 15:13 (GMT +4)
Türkiyə XİN: Ankara taxıl müqaviləsinin uzadılması üçün səy göstərir

03 Fevral 2023, 15:10 (GMT +4)
Azərbaycanda şənbə gününün hava proqnozu açıqlanıb

03 Fevral 2023, 14:55 (GMT +4)
Dünya bazarında neftin qiyməti dəyişib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66