Bin-Salman Ərəb Dövlətləri Liqasının iclasına qatılmayacağını bildirib24 Oktyabr 2022, 12:14 (GMT +4) Bakı, 24 oktyabr, SalamNews, S.Bağırov. Səudiyyə Ərəbistanın vəliəhdi, baş nazir Məhəmməd bin Salman Əlcəzairdə keçiriləcək Ərəb Dövlətləri Liqasının iclasına qatılamayacağını bildirib.
SalamNews Əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, bu barədə Məhəmməd bin Salman Əlcəzairin prezidenti Əbdülməcid Tabunla telefon danışığında deyib.
Əlcəzair Prezident Administrasiyası da bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdinin sağlamlığı məsələsi səbəbindən, o gələn noyabrda keçiriləcək ərəb liqasının sammitində iştirak edə bilməyəcək.
Məlumata görə vəliəhd bu səfərə gedə bilmədiyi üçün ölkə kralı Salman bin Əbdüləziz xarici işlər naziri Feysəl bin Farhanı Əlcəzairə gedəcək nümayəndə heyətinin rəhbəri təyin edib.
Qeyd edək ki, gənc vəliəhdin sağlamlıq məsələlərinə görə ƏDL-ın vacib toplantısına gedə bilməməsi, bir sıra regon və xarici mətbuatda birmənalı qarşılanmayıb.
|