DİN: Xocavənddə silah-sursat aşkarlanıb05 Noyabr 2022, 10:15 (GMT +4) Bakı, 5 noyabr, SalamNews. Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silah-sursat aşkarlanıb.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 avtomat, 1 qumbaraatan, 4 əl qumbarası, 9900 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
|