Mobil versiya RU AZ
_




DÜNYA » HADİSƏLƏR

Misirdə avtobusun aşması nəticəsində azı 18 nəfər ölüb (FOTO)

12 Noyabr 2022, 15:37 (GMT +4)

Bakı, 12 noyabr, SalamNews, S.Bağırov. Misirin şimalında Dakahlia əyalətində sərnişin avtobusunun kanala düşməsi nəticəsində 18 nəfər ölüb, 6 nəfər yaralanıb. Xilasedicilər digər qurbanları axtarır.

SalamNews Misir mətbuatına istinadən xəbər verir ki, “Sosial Həmrəylik Nazirliyi” bu gün, şənbə verdiyi açıqlamada, Dakahlia əyalətinin Əcə şəhərinin Əbünnəbi kəndi yaxınlığında, Mansuriyya kanalında baş verən avtobus qəzası hadisəsini təqib etdiyini bildirib.

Bildirilib ki, "qəza indiyədək 6 nəfərin yaralanması və 18 nəfərin ölümü ilə nəticələnib".

Nazirlik xilasetmə qruplarının işlərini davam etdirdiyini, başqa ölümlərin də ola biləcəyini qeyd edib.

Nazirlik, ailə başçısının vəfatı halında 50 min lirə, ailə üzvünün vəfatı halında isə 25 min lirənin ödəniləcəyini deyib.

Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə lazım olan hər cür yardımın göstərilməsini tapşırıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Misir Prezidentinə təqdim edib

ABŞ dövlət katibi Misir vasitəsilə rusiyalı həmkarına mesaj göndərib

Misir Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib

Azərbaycan və Misir liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri başa çatıb

İlham Əliyev: Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaq

Misir Prezidenti Azərbaycana başsağlığı verib

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan-Misir sənədləri imzalanıb

Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub

Misir Prezidenti Azərbaycana səfərə gəlib

Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar faciəsi yad edilib

İraq İranla Misir arasında dialoq təklif edib

Fuat Oktay: Misirlə münasibətlərin normallaşması prosesi davam edir

İsrail və Misir qurumları hava limanlarında bir-birinin pilot və vətəndaşlarını saxlayıblar

Türkiyə Misir və Yunanıstan arasında anlaşma memorandumunu tənqid edib

Münasibətləri normallaşmayan Misir və Türkiyə prezidentiləri Dohada görüşüblər

Türkiyə Misirlə əlaqələri normallaşdırma prosesinin gecikməsindən narazıdır

Misirdən Avropaya 1753 tarixi ekspanatın qaçırılmasının qarşısı alınıb


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66