Makron İstanbulda baş verən terror aktından sonra Türkiyə xalqına dəstəyini ifadə edib14 Noyabr 2022, 10:30 (GMT +4) Bakı, 14 noyabr, SalamNews. Fransa İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verir.
SalamNews-un "TASS" istinadla verdiyi xəbərə görə, bunu bazar günü Fransa prezidenti Emmanuel Makron "Twitter"də yazıb.
"Millətimiz üçün bu gün simvolik gündür. Fransada noyabrın 13-də, 2015-ci ildə törədilən terror aktlarının qurbanlarını yad edildiyi bir gündə Türkiyə xalqı İstanbulda hücuma məruz qalır. Biz Türkiyə xalqının ağrısını paylaşırıq və terrorla mübarizədə onlara dəstək veririk", deyə prezident qeyd edib.
Fransanın baş naziri Elizabet Born da Türkiyəyə dəstəyini ifadə edib.
"Türk xalqının sarsıntısını və ağrısını paylaşırıq. Fransa terrorla mübarizədə Türkiyənin yanındadır", deyə baş nazir "Twitter"də qeyd edib.
Noyabrın 13-də günorta saatlarında Bəyoğlu rayonunun İstiklal küçəsində turistlərin sıx hərəkət etdiyi küçədə güclü partlayış baş verib. Rəsmi məlumatlara görə, partlayış nəticəsində 6 nəfər ölüb, 81-dən çox insan yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha öncə bildirib ki, baş verənlərdə terror izi var. Daha sonra respublikanın vitse-prezidenti Fuat Oktay vurğulayıb ki, partlayıcı qurğu qadın tərəfindən işə salınıb.
|