Pakistanın cənubunda yol qəzasında azı 20 nəfər ölüb, 13 nəfər yaralanıb18 Noyabr 2022, 13:49 (GMT +4) Bakı, 18 noyabr, SalamNews, S.Bağırov. Cümə günü Pakistanın cənubundakı Sind əyalətinin Sahfan Şərif şəhəri yaxınlığında sərnişin maşınının kanala düşməsi nəticəsində azı 20 nəfər ölüb, 13 nəfər yaralanıb.
SalamNews Pakistanın “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə Jamşoro rayon komissarının müavini Fəriduddin Mustafa açıqlama verib.
O bildirib ki, yük maşını sürücüsü çox güman ki, su ilə dolu olan kanalı görməyib və birbaşa ora daxil olub.
Qəzetin xəbərinə görə, yük maşını Xeyrpur şəhərindən “Lal Şahbaz Qələndəri”n məqbərəsinə doğru gedirmiş.
Xəbərdə bildirilib ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.
|