DÇ-2022: Xorvatiya və Almaniya mübarizəyə başlayır23 Noyabr 2022, 10:47 (GMT +4) Bakı, 23 noyabr, SalamNews, R.Nadirli. Qətərdə təşkil start götürən dünya çempionatında bu gün daha 4 matç oynanılacaq.
SalamNews xəbər verir ki, E və F qrupunun görüşləri keçiriləcək.
F qrupunda yer alan Xorvatiya Mərakeşlə qarşılaşacaq. Belçika isə mundialda ikinci dəfə iştirak edən Kanadanı sınağa çəkəcək.
E qrupunda isə Yaponiya Almaniya, Kosta-Rika isə İspaniya sınağına çıxacaq.
Dünya çempionatı
23 noyabr
F qrupu
14:00. Mərakeş - Xorvatiya 23:00. Belçika - Kanada
E qrupu
17:00.Almaniya - Yaponiya 20:00. İspaniya - Kosta Rika
|