DÇ-2022: Xorvatiya və Mərakeş komandaları bərabərə qalıb23 Noyabr 2022, 17:58 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsində Xorvatiya millisi Mərakeşlə heç-heçə edib.
SalamNews-un məlumatına görə, F qrupunun görüşü Əl-Haurda “Əl-Beyt” stadionunda baş tutub və 0:0 hesabı ilə başa çatıb.
Növbəti mərhələdə Mərakeş belçikalılarla, xorvatlar isə kanadalılarla qarşılaşacaq. Hər iki döyüş noyabrın 27-də baş tutacaq.
|