DÇ-2022: Braziliya millisi Serbiyanı məğlub edib25 Noyabr 2022, 08:55 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib.
SalamNews-un məlumatına görə, G qrupunun ikinci matçında Braziliya millisi Serbiya seçməsi ilə qarşılaşıb. Görüşdə Braziliya komandası rəqibini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək komandası üçün 2:0 hesablı qələbəni təmin edib.
Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə qazanıb – 1:0.
|