Neymar dünya çempionatının ilk oyununda zədə alıb25 Noyabr 2022, 10:23 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Braziliya millisinin hücumçusu Neymar Serbiya yığması ilə futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuğundan zədə alıb.
SalamNews-un məlumatına görə, bu barədə Braziliya komandasının həkimi Rodriqo Lesmar deyib.
Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.
"Neymarda sağ topuğunun burxulması qeydə alınıb. O hissə şişəndən dərhal sonra biz ehtiyat skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat almaq üçün 24-48 saat gözləmək lazımdır", - deyə həkim bildirib.
|