Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Associated Press: Suriya prezidenti Dəməşqdə Türkiyə hökumət rəsmilərini qəbul etmək təklifini rədd edib

25 Noyabr 2022, 10:58 (GMT +4)

Bakı, 25 noyabr, SalamNews, S.Bağırov. “Bəşər Əsəd bu yaxınlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Dəməşqdə iki ölkə rəsmiləri arasında görüş keçirmək təklifini rədd edib.”

SalamNews xəbər verir ki, ABŞ-ın “Associated Press” agentliyi bu barədə Suriya hakimiyyəti ilə daim görüşən livanlı siyasətçiyə istinadən yazıb.

Həmçinin Türkiyənin “Gazete Duvar” qəzeti bildirib ki, Ərdoğan İran tərəfinin göndərdiyi mesajda Əsədi Suriya ordusunun kürdlərin nəzarətində olan ərazilərə qaytarılması üçün birgə işləməyə, kürdlərə qaz və neft çıxarmağa mane olmağa, qaçqınların qaytarılmasına şəraitin yaradılmasına və kürd döyüşçülərin ümumiyyətlə Suriyadan istifadəsinin qarşısını alan tədbirlər görməyə çağırıb.

Burada, türk və suriyalı diplomatların sözügedən məsələlərlə bağlı Dəməşqdə görüşməsi təklif edilsə də Bəşər Əsəd bunu qəbul etməyib.

Məlumata görə, Bəşər Əsəd bu görüşlərin üçüncü bir ölkədə olmasını təklif edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə açıqlamasında bildirib ki, "siyasətdə əbədi düşmənçilik olmur və Bəşər Əsədlə görüş mümkündür."



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Associated Press: Müxbir Şirin Əbu-Aqilə İsrail qüvvələrinin atəşi nəticəsində ölüb

Associated Press son günlərdə İranda süni peykin orbitə buraxılması cəhdinin uğursuz olduğunu bildirib

Tramp Azərbaycanda hotel tikintisi üzrə razılaşmanı ləğv edib - "Associated Press"

Ermənilər AZƏRTAC-ın və Associated Press-in əməkdaşlarını atəşə tutublar

“Associated Press” saytı Bakıda keçirilən Birinci Avropa Oyunları ilə bağlı fotosessiya yerləşdirib

Əli Həsənov "Press Association" və "Associated Press" agentliklərinin rəhbərləri ilə görüşüb


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66