Somali paytaxtında hökumət rəsmilərinin olduğu otelə hücum edilib28 Noyabr 2022, 08:59 (GMT +4) Bakı, 28 noyabr, SalamNews, S.Bağırov. Somalinin paytaxtı Moqadişoda Prezident Sarayı yaxınlığında yerləşən və ölkə rəsmilərinin olduğu otelə qəfil hücum edilib. Ölənlər var.
SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, ötən gün əl-Şəbab silahlıları Somali paytaxtında "Villa Rays" otelinə qəfil hücum ediblər.
Məlumata görə oteldə olan deputatlar və hökumət rəsmilərindən ölən yoxdur.
Yalnız gözətçilərdən ölənlərin olduğu bildirilir.
Somalinin Ekologiya naziri Adam Hirsi tvitter səhifəsində ona qarşı sui-qəsddən xilas olduğunu yazıb.
Əl-Şəbab bu hücumu üzərinə götürüb.
|