İran XİN sözçüsü brifinqdə əleyhqaz nümayiş etdirib (FOTO)28 Noyabr 2022, 13:37 (GMT +4) Bakı, 28 noyabr, SalamNews, S.Bağırov. İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün keçirilən mətbuat konfransına əleyhqaz gətirib.
SalamNews xəbər verir ki, İran XİN sözçüsü Nasir Kənani bu gün Tehranda keçirilən mətbuat konfransında Almaniya hökuməti rəsmilərinin İranla bağlı son açıqlamalarına cavab olaraq, əleyhqaz nümayiş etdirib.
İran-İraq müharibəsi dövründə Almaniya tərəfindən Səddam Hüseyn rejiminə kimyəvi silahların verildiyini deyən Kənani qeyd edib ki, şəxsən o özü bu əleyhqazlardan sözügedən müharibədə daima istifadə edib.
“Mən yeniyetmə dövründə müqəddəs müdafiə zamanı bu qorxulu əleyhqazdan həmişə üzərimdə gəzdirirdim. Hətta arxa cəbhədə də belə idi”, deyə Kənani əlavə edib ki, Səddam Hüseyn rejiminə kimyəvi silahlar düzəltmək üçün kimyəvi maddələr verənlərdən biri də Almaniyadır.
Qeyd edək ki, İran bu gün Almaniya səfirini Tehranda XİN-ə çağırıb. Almaniya rəsmiləri son ayda bir neçə dəfə İranda insan hüquqları ilə bağlı bəyanatlar veriblər.
|