Prezident Vüqar Əliyevi AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edib28 Noyabr 2022, 13:48 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinə Vüqar Əliheydər oğlu Əliyevi təyin edib.
SalamNews-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, dövlət başçısının noyabrın 19-da imzaladığı sərəncamla Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.
|