Pentaqon Rusiya ilə təhlükəsizlik üzrə dialoqun davam etdirilməsini son dərəcə vacib adlandırıb29 Noyabr 2022, 10:10 (GMT +4) Bakı, 29 noyabr, SalamNews. Vaşinqton ABŞ və Rusiyanın müdafiə nazirləri Lloyd Ostin və Sergey Şoyqu arasında , eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov arasında oktyabrda baş tutan telefon danışıqlarını ümidverici hesab edir.
SalamNews-un xəbərinə görə, Pentaqonun nümayəndəsi bazar ertəsi "TASS"a bildirib ki, Amerika tərəfi hesab edir ki, təhlükəsizliklə bağlı məsələlərdə Moskva ilə dialoqun davam etdirilməsinin son dərəcə vacibdir.
"ABŞ gözlənilməz və ya fövqəladə vəziyyətlərdə səhv hesablamaların, hərbi insidentlərin və eskalasiyanın qarşısını almaq üçün Rusiya ilə kritik təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir neçə əlaqə kanalını saxlayır. Pentaqon rəsmilərinin rusiyalı həmkarları ilə son telefon danışıqlarını ümidverici sayırıq və dialoqun davam etdirilməsini son dərəcə vacib hesab edirik", deyə ABŞ Müdafiə Nazirliyi "Reuters" agentliyinin müvafiq sorğusunu cavablandırarkən bildirib.
|