İsrail qüvvələrinin əl-Xəlilə hücumunda üç fələstinli həlak olub, yaralananlar var29 Noyabr 2022, 10:48 (GMT +4) Bakı, 29 noyabr, SalamNews, S.Bağırov. İsrail qüvvələri ötən gecə əl-Xəlilin şimalında yerləşən Beyt-Əmr qəsəbəsinə hücum edib. Burada azı üç fələstinli güllə yarasından həlak olub.
SalamNews Fələstin mətbuatına istinadən xəbər verir ki, İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində əl-Xəlil rayonunun Beyt-Əmr qəsəbəsinə basqın zamanı fələstinlilərin müqaviməti ilə üzləşib.
İsrail qüvvələrinin odlu silahlardan istifadəsi zamanı azı üç fələstinli həlak olub.
Burada yaralananların sayı 10-dan çoxdur.
Qeyd edək ki, əl-Xəlilin də yerləşdiyi İordan çayının qərb sahili 1967-ci ildən İsrailin işğalındadır.
|