Blinken ABŞ-İran millilərinin oyunu barədə danışıb29 Noyabr 2022, 16:38 (GMT +4) Bakı, 29 noyabr, SalamNews, S.Bağırov. Bu gün, çərşənbə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinken ölkəsinin Qətər-2022 dünya çempionatında İranı məğlub edə biləcəyinə əmin olduğunu bildirib.
SalamNews xəbər verir ki, 1998-ci ildə Fransada keçirilən dünya çempionatında ilk qarşıdurmadan 24 il sonra İran və ABŞ Qətər-2022 Dünya Kubokunda Qrupun üçüncü və son mərhələsi üçün bu gün paytaxt Dohadakı Əl-Thumama stadionunda yenidən qarşılaşacaqlar.
Blinken NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclası çərçivəsində keçirilən mətbuat konfransında suala cavab olaraq bildirib ki, o, ölkəsinin İran milli komandasına qalib gələ biləcəyinə əmindir.
Qeyd edək ki, hər iki komandanın qələbəsi ikinci tura vəsiqəni təmin edir, məğlubiyyət isə mundialdan çıxmaq deməkdir.
İran ABŞ-la heç-heçə etsə də növbəti mərhələyə vəsiqə qazanacaq, ancaq bir şərtlə ki, Uelz İngiltərəyə qalib gəlməsin.
|