DÇ-2022: ABŞ yığması İran komandasına qalib gələrək 1/8 finala yüksəlib30 Noyabr 2022, 01:09 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. ABŞ millisi dünya çempionatının qrup mərhələsinin son tur matçında İran yığmasını 1:0 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə yüksəlib.
SalamNews-un məlumatına görə, ABŞ yığmasının heyətində yeganə qolu Kristian Pulişiç (38-ci dəqiqə) vurub.
B qrupunun digər oyununda İngiltərə yığması Uels komandasını məğlub edərək (3:0) 1/8 finala yüksəlib. Qolları Markus Reşford (50-ci, 68-ci dəqiqələr) və Fil Foden (52) vurub.
B qrupunda İngiltərə yığması 7 xalla birinci, ABŞ 5 xalla ikinci, İran komandası (3) üçüncü və Uels millisi (0) dördüncü yerdədir.
Qeyd edək ki, III turun ilk oyun günündən sonra A qrupundan Niderland və Seneqal növbəti mərhələyə adlayıb.
|