FHN: Yevlaxda 3 otaqlı ev yanıb30 Noyabr 2022, 11:42 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Yevlaxda evdə yanğın olub.
SalamNews-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Kövər kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|