İran XİN rəhbəri: İraq hərbi qüvvələri Kürdüstan Regional Hökumətinin İranla sərhədinə yerləşdiriləcək30 Noyabr 2022, 14:59 (GMT +4) Bakı, 30 noyabr, SalamNews, S.Bağırov. “Ümid edirik ki, yaxın gələcəkdə İraqın Kürdüstan bölgəsi ilə sərhəd nahiyələrində İraq qüvvələrinin yerləşdirilməsi bu bölgədə terrorçu qrupların tərksilah edilməsi ilə nəticələnəcək.”
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
İranlı nazir bu gün Tehranda rəsmi səfərdə olan İraqın baş naziri Məhəmməd Şiya Sudani ilə görüşü zamanı iki ölkə sərhədlərində təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.
"İraq Kürdüstanı regionundan İrana qarşı təhlükəsizlik təhdidləri ilə üzləşmək məsələsində də oxşar fikirlər var. Biz yaxın gələcəkdə İraq qüvvələrinin Kürdüstan-İran sərhəd nahiyələrində yerləşdirilməsinə, bölgədəki terrorçu qrupların tərksilah edilməsinə ümid edirik", deyə o əlavə edib.
Öz növbəsində İraqın baş naziri Məhəmməd Şiya Sudani vurğulayıb ki, İraq öz torpaqlarının İranın təhlükəsizliyini təhdid etməsinə icazə verməyəcək.
|