Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şirvanda təqaüdçülərin kartlarında olan pulları ələ keçirən şəxs tutulub

01 Dekabr 2022, 12:16 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews. Şirvanda təqaüdçülərin kartlarında olan pulları ələ keçirən şəxs tutulub.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, cari ilin noyabr ayında 2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədiklərini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra onlara təqaüd kartlarında pul olmadığını, kartlarında olan pulları isə ələ keçirdiyini bildiriblər.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.

Faktla bağlı C.Məlikov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları C.Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Mart 2023, 14:00 (GMT +4)
FHN: Bakıda hərbi sursat tapılıb

18 Mart 2023, 13:40 (GMT +4)
Prezident: Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı

18 Mart 2023, 13:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

18 Mart 2023, 13:00 (GMT +4)
İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlini qoyub

18 Mart 2023, 12:40 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər

18 Mart 2023, 12:40 (GMT +4)
DİM: Ötən gün yol qəzalarında 6 nəfər ölüb

18 Mart 2023, 12:20 (GMT +4)
DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

18 Mart 2023, 12:00 (GMT +4)
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb

18 Mart 2023, 11:40 (GMT +4)
AFAD: Kahramanmaraşda 4,6 maqnitudalı zəlzələ olub

18 Mart 2023, 11:20 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib

18 Mart 2023, 11:00 (GMT +4)
Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb

18 Mart 2023, 10:40 (GMT +4)
DSMF beynəlxalq müsabiqədə 3 mükafatla təltif olunub

18 Mart 2023, 10:20 (GMT +4)
İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

18 Mart 2023, 10:00 (GMT +4)
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir

16 Mart 2023, 15:00 (GMT +4)
DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib

16 Mart 2023, 14:40 (GMT +4)
Tərtərin Talış kəndinə köçürülmə prosesinə başlanıb

16 Mart 2023, 14:20 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq

16 Mart 2023, 13:55 (GMT +4)
AAYDA: Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq

16 Mart 2023, 13:30 (GMT +4)
Ceyhun Bayramov TDT XİN başçıları Şurasının iclasında çıxış edib

16 Mart 2023, 13:15 (GMT +4)
Ağdamda iki nəfər minaya düşərək həlak olub

16 Mart 2023, 13:00 (GMT +4)
FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb

16 Mart 2023, 12:40 (GMT +4)
Azərbaycan nefti 8%-dən çox ucuzlaşıb

16 Mart 2023, 12:20 (GMT +4)
DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

16 Mart 2023, 12:00 (GMT +4)
Bakıda bir neçə məşhur restoranın sahibi cərimələnib

16 Mart 2023, 11:40 (GMT +4)
FHN: Ötən sutka 62 yanğına çıxış olub, 9 nəfər xilas edilib

16 Mart 2023, 11:20 (GMT +4)
Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

16 Mart 2023, 11:00 (GMT +4)
Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

16 Mart 2023, 10:40 (GMT +4)
Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb

16 Mart 2023, 10:20 (GMT +4)
Markov: 2025-ci ildə Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək!

16 Mart 2023, 09:40 (GMT +4)
Bayram günlərində Bakı metropoliteninin iş qrafiki açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66