Makron: Fransa ABŞ-la strateji dialoqun bərpasında maraqlıdır01 Dekabr 2022, 12:56 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Paris Vaşinqtonla strateji dialoqun və ümumi gündəliyin bərpasında maraqlıdır.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bunu cümə axşamı Fransa prezidenti Emmanuel Makron ABŞ-a səfəri zamanı bildirib.
"Fransa ABŞ-la strateji dialoqu və ümumi gündəliyi bərpa etmək istəyir. Qarşımızda duran çağırışlar bizdən daha sıx əməkdaşlıq tələb edir", deyə prezident qeyd edib.
Eyni zamanda Makron xəbərdarlıq edib ki, ABŞ-ın İnflyasiyanın Azaldılması Aktı çərçivəsində ABŞ şirkətlərinə subsidiya verməklə bağlı proteksionist planları “Qərbi parçalamaq təhlükəsi yaradır”.
|