Rusiya XİN “Bundestaqın Qolodomoru”soyqırımı kimi tanımasına münasibət bildirib01 Dekabr 2022, 13:24 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. 1930-cu illərin əvvəllərində SSRİ-də baş vermiş kütləvi aclığı “Ukrayna xalqının soyqırımı” kimi tanıyan Bundestaq qətnaməsi Rusiyanı demonizasiya kampaniyasına haqq qazandırmaq cəhdidir.
SalamNews-un "RT"yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiyanı "iblisləşdirmək", etnik rusları ukraynalılara, Rusiyanın və keçmiş SSRİ-nin digər xalqlarına qarşı qoymaq üçün Ukraynada yeridilən və Qərbin himayə etdiyi kampaniyaya haqq qazandırmaq və stimullaşdırmaq üçün daha bir cəhd özünü açıq aydın biruzə verir", deyə nazirlik bildirib.
Nazirlik qeyd edib ki, xatırladıb ki, 1932-1933-cü illərdə təkcə Ukraynada deyil, bütün SSRİ-də aclıq yaşanıb.
Noyabrın 30-da Almaniya Bundestaqı 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində baş vermiş kütləvi aclığı “Ukrayna xalqının soyqırımı” kimi tanıyan qətnamə qəbul edib.
|