Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb01 Dekabr 2022, 14:44 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
SalamNews xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində məlumat paylaşılıb.
Tərəflər Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində bir araya gəliblər.
|