Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır01 Dekabr 2022, 15:38 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır.
SalamNews-un “Vestnik Kavkaza”ya istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Diplomat qeyd edib ki, son vaxtlar Ermənistan rəhbərliyi “Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqlarından danışır”.
“Azərbaycan Qarabağ ermənilərinə ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır”, deyə nazir bildirib.
|