ANAMA: Ötən ay azad olunan ərazilərdə 1126 mina aşkarlanıb02 Dekabr 2022, 10:28 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.
ANAMA-dan SalamNews-a verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2522, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
|