Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb03 Dekabr 2022, 13:16 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.
Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
FHN-in "112" qaynar telefon xəttinə noyabrın 30-da Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
|