ABŞ Senatına namizəd Sare: Amerikalılar Rusiya ilə yaxşı münasibətlər istəyirlər03 Dekabr 2022, 12:53 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Nyu-York ştatından ABŞ Senatına müstəqil namizəd Diana Sare ölkə vətəndaşlarının Rusiya və Çinlə yaxşı münasibətlər saxlamaq istəyini açıqlayıb.
SalamNews-un "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, o, bu barədə "İctimai Xəbərlər Xidməti"nin mətbuat konfransında bildirib.
"ABŞ həqiqəti göstərmək istəmir. Bu həqiqət ondan ibarətdir ki, insanlar Rusiya, Çin və bütün dünya ilə yaxşı münasibətlər saxlamaq istəyirlər", deyə Sare qeyd edib.
Onun sözlərinə görə, ABŞ-da media nəzarət altındadır və "hazırda gündəmdə olan baxışları dəstəkləyir".
Amerikalı siyasətçi Tayvan adasındakı seçkiləri “nümayişkar və heyrətamiz epizod” adlandırıb.
"İnsanlar Çinlə müharibəyə səmimi şəkildə qarşı olduqları üçün kütləvi şəkildə səs verməyə gediblər", deyə Sareü qeyd edib.
|