Fox News: Amerika cəmiyyətində orduya inamın azalması tendensiyası «təhlükəlidir»03 Dekabr 2022, 13:55 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. ABŞ xalqı öz ordusuna inamını itirməyə başlayıb ki, bu da "təhlükəli" tendensiyadır.
SalamNews-un "riafan.ru"ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
"Pentaqonun işə qəbulla bağlı ciddi problemi var və bunun bir hissəsi amerikalıların çoxunun orduya inamını itirməsi ilə bağlı ola bilər”, deyə məlumatda deyilir.
Bildirilir ki, Ronald Reyqan İnstitutunun bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinin “təhlükəli” tendensiya nümayiş etdirdir. Belə ki, bu il vətəndşların ABŞ ordusuna etimadı 48%-ə düşüb. 2018-ci ildə bu rəqəm 70% olub. Məlumatları "Fox News" təqdim edib.
Telekanal qeyd edir ki, respondentlərin əksəriyyəti ordu rəhbərliyinin həddindən artıq “siyasiləşmiş” olması, eləcə də “proqressiv” təcrübələr səbəbindən mövqelərini dəyişdiklərini bildiriblər.
Belə ki, respondentlərin 68% bu fikri dəstəkləyib. Bundan əlavə, amerikalıların yalnız 6%-i orduda xidmət etmək arzusunda olduğunu vurğulayıb.
|