Ned Prays: Azərbaycan və Ermənistan arasında konstruktiv ab-havanın davam edəcəyinə ümid edirik03 Dekabr 2022, 14:08 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Birəşmiş Ştatlar fikir ayrılıqlarının aradan qaldırılması üçün Azərbaycan və Ermənistan arasında dialoqun davam etdiriləcəyinə ümid edir.
SalamNews-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
"Biz, şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında dialoqun və konstruktiv ab-havanı davam etdiriləcəyinə ümid edirik. Belə ki, biz davamlı sülhə və xalqlar arasında problemlərin həllinə aparan diplomatiyanı dəstəkləməyə davam edirik" ,deyə Prays qeyd edib.
|