İranın Daxili İşlər Nazirliyi son etiraz və iğtişaşlarda ölənlərin sayını açıqlayıb03 Dekabr 2022, 14:17 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, S.Bağırov. “Aidiyyatı qurumların araşdırmaları nəticəsində məlum olub ki, qeyd edilən iğtişaşlar zamanı 200-ə yaxın şəxs həyatını itirib.”
SalamNews İRNA-a istinadən xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Şurası bəyanat verib.
İran Daxili İşlər Nazirliyinin rəsmi saytında verilən bu bəyanata əsasən iğtişaş və qarışıqlıqda ölən 200-ə yaxın şəxs aşağıdakı qismlərə aiddirlər:
“Təhlükəsizlik qüvvələrindən həlak olanlar, terror aktlarında camaatdan şəhid olan şəxslər, ölüm hallarının çoxalmasını istəyən qrupların planlarının qurbanı olmuş günahsız şəxslər, Təhlükəsizliyin olmadığı şəraitdə həlak olmuş günahsızlar, iğtişaşçılar, İnqilaba zidd olan silahlılar və separatçıların silahlıları.”
Bəyanatda əlavə edilib ki, bu iğtişaşlar zamanı dövlət mərkəzlərinə, xüsusi və ümumi əmlaka və ictimai iaşə obyektlərinə milyardlarla tümən ziyan dəyib.
|