DM: Avropa Komissiyasının sədri Ukraynanı İrlandiya ilə müqayisə etdiyinə görə tənqid olunub03 Dekabr 2022, 16:12 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynadakı münaqişəni İrlandiyanın müstəqillik mübarizəsi ilə müqayisə etdiyi üçün tənqid edilib.
SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
"Bu gün başqa bir Avropa dövləti müstəqillik uğrunda mübarizə aparır. Təbii ki, İrlandiya Ukraynada cəbhə xəttindən çox uzaqdır. Şərqi Avropadakı dostlarımız kimi, siz də bilirsiniz ki, Ukraynada bir ölkənin gələcəyindən daha çox şey risk altındadır", deyə Ursula Fon der Leyen İrlandiyanın Avropa İttifaqına üzvlüyünün 50 illiyi münasibətilə Dublində parlamentin iclasında çıxış edərkən qeyd edib.
AK rəhbərinin sözləri Böyük Britaniyada narazılıq yaradıb. Xüsusilə, deputat Ceykob Riss Mogg fon der Leyenin bəyanatını “qeyri-diplomatik, əsassız və yanlış” adlandırıb.
|