ABŞ İranla bağlı 31 şirkət və fiziki şəxsə sanksiya tətbiq edib09 Dekabr 2022, 09:03 (GMT +4) Bakı, 9 dekabr, SalamNews, S.Bağırov. ABŞ hökuməti İrana qarşı sanksiyalarını genişləndirib.
SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq Departamenti məlumat yayıb.
Bildirilib ki, ABŞ hökuməti İranla bağlı 26 şirkəti və beş fiziki şəxi qara siyahısına salıb.
Əlavə edilib ki, “bu şəxs və qurumlar İranın neftinə qarşı sanksiyaları adlayaraq, milyonlarla dollar neft gəlirlərini Sepah-ın Qüds Korpusuna çatdırmaqda rola malikdirlər.”
Məlumatda bildirilib ki, “şəbəkəyə rəhbərlik edənlərdən biri də Türkiyə vətəndaşı S.Ayandır.”
Qeyd edək ki, ABŞ 2018-ci ildə beynəlxalq ictimaiyyəti təmsil edən dövlətlərin İranla imzaladığı nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb və İran da bunun cavabında nüvə sazişindəki öhdəliklərini tədricən azaldıb. Tərəflər nüvə sazişini bərpa etmək istəsələr də hələ də buna nail olmayıblar.
|