Nazir müavini: Qeyri-qanuni daşımaların qarşısını ala bilmirik09 Dekabr 2022, 11:24 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Təəssüf ki, hələ də qeyri-qanuni sərnişindaşıma həyata keçirilir.
SalamNews xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Davamlı tədbirlər keçirilməsinə baxmayaraq, qeyri-qanuni daşımaların qarşısını ala bilmirik. Bunun qarşısının alınmasının ən müvafiq yolu qanunvericilikdə dəyişiklik etməkdir. Biletim.az qanunsuz sərnişindaşımaların da qarşısını alacaq”, - deyə nazir müavini qeyd edib.
|