Stars and Stripes: Polyakların 94%-i Rusiyaya qarşı döyüşməyə hazırdır09 Dekabr 2022, 12:55 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Ukraynadakı vəziyyət Polşa hökümətini ölkənin mülki şəxslərini silahlı qüvvələrə əsgər kimi hazırmağa sövq edir.
SalamNews-un "RT"yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” qəzeti məlumat yayıb.
Məlumata görə, oktyabr ayından Polşa Milli Müdafiə Nazirliyi mülki şəxslər üçün "Ordu ilə təlim" həftəsonu kursları keçirir ki, onların tətbiqi hakimiyyət orqanları tərəfindən Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə birbaşa əlaqələndirilir.
Qeyd olunur ki, çoxsaylı müraciətlərə görə kurslar yanvar ayına qədər davam edəcək.
"İnsanlar siren səsinə necə reaksiya verməyi, həqiqi silahı necə tutmağı və doldurmağı, qaz maskasından necə istifadə etməyi və sağ qalma ilə bağlı əsas bacarıqlarını inkişaf etdirməyi öyrənməyə çalışırlar", deyə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi mayor Mixal Tomçik bildirib.
Məqalədə Amerikanın “Pew Research Center” analitik mərkəzinin iyun ayında keçirdiyi sorğunun nəticələri də təqdim olunub. Sorğunun nəticələrinə görə, polyakların təxminən 94%-i Rusiyanı ciddi təhlükə hesab edir. 2018-ci ildə isə bu rəqəm 65% təşkil edib.
|