TASS: Rusiya və ABŞ İstanbulda "qıcıqlandırıcı məsələlər"lə bağlı müzakirələr aparır09 Dekabr 2022, 16:34 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. İstanbulda Rusiya və ABŞ diplomatlarının "qıcıqlandırıcı məsələlər"lə bağlı görüşü keçirilir.
SalamNews xəbər verir ki, bu barədə "TASS"a diplomatik mənbə məlumat verib.
"Bu gün İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir. Onlar orada qıcıqlandırıcıları müzakirə edirlər. Bəs bu qıcıqlandırıcılar nədir? Bunlar viza problemləridir, diplomatik heyətin dəyişdirilməsidir, xarici qurumların necə fəaliyyət göstərməsinə dair məsələlərdir", deyə mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, amerikalılar ikitərəfli məşvərət komissiyası və bu qıcıqlandırıcılardan başqa heçnə müzakirə etmək istəmirlər.
|