İsrail qüvvələri ilə toqquşmada onlarla fələstinli yaralanıb17 Dekabr 2022, 12:30 (GMT +4) Bakı, 17 dekabr, SalamNews, S.Bağırov. İşğal altında olan İordan çayının qərbində Ramallah və Nablus rayonları ərazisində İsrail qüvvələri ilə toqquşmada onlarla fələstinli yaralanıb və xəsarət alıb.
SalamNews Fələstin Xəbər Agentliyinə (VƏFA) istinadən xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələrinin Nablus və Ramallahın kənd və qəsəbələrinə basqını zamanı fələstinlilərlə baş verən toqquşmada azı 48 fələstinli yaralanıb və xəsarət alıb.
İsrail qüvvələri odlu silahlardan da atəş açıblar. Fələstinli yeniyetmə və uşaqlardan da tutulanlar var.
Bu toqquşmlar fələstinlilərin “həftəlik etiraz yürüşü” zamanı baş verib.
|