İordaniyada İraqla bağlı zirvə toplantısı keçirilir19 Dekabr 2022, 10:54 (GMT +4) Bakı, 19 dekabr, SalamNews, S.Bağırov. İraqın vəziyyəti ilə bağlı “Bağdad-2” zirvə sammiti sabah İordaniyada keçiriləcək.
SalamNews əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, sabah İordaniya kralının, Səudiyyə Ərəbistanı, İran, Türkiyə, BƏƏ, Misir, Bəhreyn, Oman, Qətər və Fransa dövlət başçılarının iştirakı ilə İraqla bağlı “Bağdad-2” adı altında zirvə sammitinin keçirilməsi gözlənilir.
Lakin KİV-lər bəzi dövlət başçılarının, eləcə də İran prezidentinin bu sammitə qatıla bilməyəcəyini, yerinə XİN başçısı Hüseyn Əmir Abdullahiyanı göndərəcəyini yazıblar.
İraqın vəziyyəti ilə bağlı bu toplantıya, onun əsas qonşusu olan Suriyanın prezidenti Bəşər Əsəd dəvət edilməyib.
|