Mənbə: Cari ildə İsrail qüvvələrinin hücumunda 222 fələstinli həlak olub20 Dekabr 2022, 12:27 (GMT +4) Bakı, 20 dekabr, SalamNews, S.Bağırov. “İsrail qüvvələri cari il ərzində 222 fələstinılini qətlə yetiriblər.”
SalamNews RT.Arabic-ə istinadən xəbər verir ki, bunu Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin katibi Hüseyn əl-Şeyx deyib.
Cari ilin fələstinlilər üçün ən qanlı illərdən biri olduğunu deyən əl-Şeyx qeyd edib ki, İsrail qüvvələri cari ildə 222 fələstinlini qətlə yetiriblər.
“Bu il ən qanlı illərdən biri hesab olunur. İsrail qüvvələri cari ilin əvvəlindən 222 fələstinlini qətlə yetirib, 6500-dən çoxunu həbs edib, 1400-dən çoxunu yaralayıb, 902 ev və digər obyektləri dağıdıb. Fələstin ərazilərində məskunlaşdırılmış yəhudilər ilin əvvəlindən bəri 1340-dan çox hücum həyata keçiriblər”, deyə o əlavə edib.
|