Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Sel suları Kərbəla və Nəcəf də daxil olmaqla İraqın bir sıra əyalətlərinə ziyan vurub

24 Dekabr 2022, 12:02 (GMT +4)

Bakı, 24 dekabr, SalamNews, S.Bağırov. İraqın əl-Ənbar, Misan, Kərbəla, Nəcəf və sair əyalətləri intensiv yağan yağışlardan sonra daşqınların şahidi olub.

SalamNews bu barədə İraqın Sumariya agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, ötən gün yağan intensiv yağışlar Misan, əl-Ənbar, Kərbəla və Nəcəf əyalətlərində bəzi yolların bağlanması ilə nəticələnib.

Misanda əkin sahələrinə ciddi ziyanlar dəyib.

Əl-Ənbar əyalətinin əl-Ramadi şəhərinin əksər küçələri su altında qalıb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanın Məkkə əyaləti, xüsusilə də Məkkə şəhərinin özü güçlü daşqınlar nəticəsində ciddi ziyanların şahidi olmuşdu.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66