Türkiyənin Milli İstihbarat Təşkilatının sədri Sudan rəhbərliyi ilə görüşüb17 Yanvar 2023, 13:42 (GMT +4) Bakı, 17 yanvar, SalamNews, S.Bağırov. Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Sudana səfərində Xartumda bu ölkənin rəhbərliyi ilə görüşüb.
SalamNews Anadolu.Arabic-ə istinadən xəbər verir ki, Hakan Fidan bir neçə gün çəkəcək səfər çərçivəsində Sudanın Suverenlik Şurasının sədri general Əbdülfəttah Burhan və onun müavini Məhəmməd Həmdan Hamidati ilə görüşüb.
Əl-Burhan Türkiyə ilə Sudan arasındakı "möhkəm və köhnə" əlaqələri yüksək qiymətləndirərək, Xartumun iki dost ölkə və xalqlar arasında bütün müstəvilərdə əlaqələri gücləndirmək istəyini vurğulayıb.
Hakan Fidan öz növbəsində səfəri “məhsuldar” adlandıraraq, Türkiyə və Sudanın ortaq maraq doğuran məsələlərlə bağlı əməkdaşlıq və koordinasiyada məqsədlərinə çatdıqlarını vurğulayıb.
Sudanın Suverenlik Şurasının sədr müavini Hamidati türkiyəli qonaq ilə görüşündə Ankara ilə Xartum arasında tarixi əlaqələrin əzəli olmasını, bu əlaqələrin iki ölkə xalqlarının ümumi mənafelərinə xidmət edəcək şəkildə bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
|